Təqvim
Bakı Funikulyoru istifadəyə verilir
31 oktyabr 2018 - 17:45

Bakı Funikulyorunda aparılan təmir işləri başa çatıb.

BI xəbər verir ki, funikulyor uzun müddətli təmirdən sonra sabah – noyabrın 1-də istifadəyə veriləcək.

Xatırladaq ki, Bakı funikulyoru SSRİ dövlət mükafatı laureatı, Əməkdar Mühəndis Əliş Ləmbəranskinin (1914-1999) təşəbbüsü ilə tikilərək 1960-cı il mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı funikulyorunun vaqonları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxta gətirilib. Bakı Funikulyoru indiyədək iki dəfə - 2001-ci və 2007-ci illərdə əsaslı təmir edilib.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© report
Kateqoriya:
İnşaat və əmlak

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə