Təqvim
Prezident Administrasiyasında “Elektron sənəd dövriyyəsi sistemi” yaradılıb
27 oktyabr 2018 - 20:43

Prezident İlham Əliyev dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında fərman imzalayıb.

"" xəbər verir ki, fərmanın imzalanmasında məqsədi dövlət orqanlarında (qurumlarında) rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin (kargüzarlığın aparılması, sənədlərin icrasına nəzarət, arxiv, kadrların idarə olunması, maliyyə-uçot və mühasibat, təchizat və təminat) optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsidir.

Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında kargüzarlığın aparılması işinin səmərəli təşkili üçün “Elektron sənəd dövriyyəsi sistemi” yaradılıb.

“Elektron sənəd dövriyyəsi sistemi”nin sahibi funksiyasını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, maddi-texniki təminatını, işlək vəziyyətdə olmasını (operator funksiyasını) və təhlükəsizliyinin təmin edilməsini Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirəcək.

Fərmanda deyilir ki, dövlət orqanlarında qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması və rəqəmsal idarəçiliyin tətbiq edilməsi dövlət siyasətinin prioritetlərindən biridir və bu sahədə mühüm nailiyyətlər əldə edilib. Bununla belə, həyata keçirilən tədbirlərin daha yüksək səviyyədə davam etdirilməsi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zəruridir.

Dövlət başçısı fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
TURİZM
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə