Əynindən soyunub qaranlıqları, Qədərin hökmündən ayrılıb gəlir, Pərvanə can atır şam işığına, Gecənin içindən sıyrılıb gəlir. Necə möcüzədi, İlahi, görən Ölümə gələnlər beləmi gəlir?! Əcəli gizlənib qanadlarında, Ömürdən sıyrılıb ölümə gəlir. Ocaq deməliyik, pir deməliyik, Dünyanın dərdini daşıyanlara. Qaranlıq dünyaya nur deməliyik, Pərvanə ömürü yaşayanlara! Sevgisi ömrüdü! Bu sevgisiylə Tək gəlib dünyaya, cahana Tənha! Mənim xislətimdə pərvanəlik var, Tənha – pərvanədir, pərvanə – Tənha!.. Şamaxı, 6 may, 2006
Bütün hüquqlar qorunur © 2023