Dağılmayan dumana, Çənə aparır bu yol. Saxlayır, dilə tutur, Yenə aparır bu yol… Görən deyir mənzilin, Haradı, hayanadı. Nə yaxşı istəyinin Heç yorulmur qanadı? Sevgim əlimdən tutub, Tutub, uğur üstəyəm. Nəfəsim təngisə də, Təngiyərmi istəyim? Göylərdən gül yağası Günə aparır bu yol… Mənsiz darılan gözəl, Sənə aparır bu yol… Aprel, 2007
Bütün hüquqlar qorunur © 2023