Masallı rayonunda iki məktəb binası tikilir. Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Masallı rayonun Sarıcəfərli kəndində modul tipli məktəb binasının tikintisi davam etdirilir. Qəzvinoba kəndində isə yeni məktəb binasının tikintisinə başlanılıb. Sarıcəfərli məktəb binası modul tipli layihə əsasında 96 yerlik olmaqla inşa edilib. Hazırda binada daxili tamamlama işləri aparılır. Qəzvinoba məktəb binası isə birtipli layihə əsasında 180 yerlik olmaqla inşa edilir. Artıq kənd ümumi orta məktəbinin qəzalı vəziyyətdə olan əvvəlki binasında söküntü və eyni zamanda yeni məktəb binasının bünövrəsi üçün qazıntı planlama işləri aparılıb. Gələcəkdə rayon ərazisində yeni məktəb binalarının tikintisinin və təmir bərpa işlərinin davam etdirilməsi nəzərdə tutulub. Akif AĞAYEV
Bütün hüquqlar qorunur © 2023