Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili məhkəmə iclasında Ukraynada dəfn olunmaq istədiyini bildirib. Siyasətçi məhkəməyə müalicə aldığı Tbilisidə özəl klinikalardan birindən videobağlantı vasitəsilə qoşulub. Eyni zamanda, Saakaşvili Ukrayna dilində danışıb, sözləri gürcü dilinə tərcümə edilib. "Mənim ürəyim Kiyevdə dəfn edilməlidir. O, Ukraynaya məxsusdur", - Gürcüstanın eks-prezidenti deyib. Bir gün əvvəl Saakaşvilinin ağır vəziyyətdə palatadan reanimasiyaya köçürüldüyü bildirilirdi.
Bütün hüquqlar qorunur © 2023