Sevib-sevilirdik… Bir vaxt sevgimiz Sığışa bilmirdi yer kürəsinə. Deyirsən ayrılaq… De, ürəyinin Qulaq asmısanmı döyüntüsünə? Bir vaxt baxışların dil-dil ötürdü, İndi yad baxışın nə deyir belə? Bir ömür yormuşdun görüşmək üçün, Məni itirirsən sən bilə-bilə… İndi anladım ki, təklikdən heç vaxt, Yorulan deyilsən, bezən deyilsən. Zaman dəyişməyib… Dəyişibdi vaxt, Mən həmin Tənhayam, sən dəyişmisən. Özün öz sevgini kül eləyibsən, Özgə ocağında od olmaq üçün. Sən özün özünü unutmalısan, Gülağa Tənhaya yad olmaq üçün. 4 noyabr, 2008
Bütün hüquqlar qorunur © 2023