Gürcüstanın Rustavi şəhərində keçirilən taekvondo üzrə açıq birincilikdə Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin üç idmançısı uğurlu nəticə göstərib. İki gün (21-22 yanvar) davam edən turnirə 10 komandanın tərkibində 150-dən artıq idmançı qatılıb. Belə ki, yarışın nəticələrinə əsasən Masallı taekvondoçularından Hüseyn Sadıqlı (33 kq) və Murad Şahverdiyev (37 kq) qızıl, Zaur Rəsulzadə (30 kq) isə bürün medala layiq görülüblər. Hüseyn Sadıqlı eyni zamanda açıq birinciliyin ən yaxşı idmançısı kimi kubokla təltif edilib. Qeyd edək ki, komandanın məşqçi-müəllimi Sadiq Ağayevdir. Akif AĞAYEV
Bütün hüquqlar qorunur © 2023