Vətən oğlu, yaxşı düşün, Ömrün axirət gününü. Tövbə elə, suç eləmə, Öz əlinlə puç eləmə Tanrımız verən ömrünü. Yaş üstünə yaş gətirən, Ayın-ilin qədrini bil. Səni ərsəyə yetirən Doğma elin qədrini bil. Vətən oğlu, əməllərin Yük olmasın sabahlara! Saleh əməl yiyəsitək Tövbə deyək ömür yoran, Can aparan günahlara! Dekabr, 2002
Bütün hüquqlar qorunur © 2023