Kişi voleybolçular arasında Azərbaycan çempionatının birinci liqasında növbəti oyunlar (əsas mərhələ) keçirilib. “B” qrupunda mübarizə aparan “Masallı” komandası “Azəri-1” klubuna 3:0 hesabı ilə qalib gəlib. Oyunlar “Murov” voleybol klubunun idman zalında təşkil olunub. Məlumat üçün bildirək ki, 16 komanda (iki qrup üzrə) bir dövrədən ibarət olmaqla mübarizə aparacaq, qalib pley-off mərhələsində müəyyən olunacaq. Akif AĞAYEV
Bütün hüquqlar qorunur © 2023