Təqvim
Masallıda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb +FOTO
21 yanvar 2023 - 11:46

Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi daxil olmuş 20 Yanvar günü eyni zamanda qəhrəmanlıq salnaməmiz, azadlıq mücadiləmizdir.

Respublikanın hər yerində olduğu kimi Masallıda da 20 Yanvar şəhidlərinin anım günü rayon mərkəzində və ayrı-ayrı yaşayış məntəqələrində keçirilən tədbirlərlə yadda qalıb.

Şəhər “Qəhrəmanlar parkı - Şəhidlər abidə kompleksi”ndə 20 Yanvar faciəsinin 33-cu ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilib.

Səhər saatlarından başlayaraq ziyarətə gələn insanları, minlərlə rayon sakinini bir amal birləşdirirdi: Azadlığımız, müstəqilliyimiz uğrunda canından keçənlərin xatirəsini yad etmək, onların haqq işinin müdafiəçisi olduğunu bildirmək.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, ağsaqqallar, ziyalılar, məktəblilər, Qarabağ müharibəsi veteranları,  ictimaiyyət nümayəndələri 20 Yanvar və Şəhidlər abidə kompleksinin önünə tər qərənfillər düzərək şəhidlərin ruhunu ehtiramla yad ediblər.

Eyni zamanda, rayon ərazisində matəm əlaməti olaraq Dövlət Bayrağı endirilib, saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrində səs siqnalları verilib.

Akif AĞAYEV

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Cahit Bağçı şəhid Orxanın yas mərasimində 16:55, 28 yanvar 2023
İlham Əliyevin adından Əbdülfəttah Əs-Sisinin şərəfinə nahar verilib 14:24, 28 yanvar 2023
Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər +FOTO13:13, 28 yanvar 2023
Azərbaycan-Misir sənədləri imzalanıb +FOTO=213:07, 28 yanvar 2023
Azərbaycan və Misir prezidentlərinin geniş tərkibdə görüşü olub 13:02, 28 yanvar 2023
Azərbaycan və Misir prezidentlərinin təkbətək görüşü olub +FOTO=212:23, 28 yanvar 2023
Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub +FOTO11:15, 28 yanvar 2023
GÜLAĞA TƏNHA: NECƏ UNUDARSAN19:17, 27 yanvar 2023
Baş katib Azərbaycan xalqına başsağlığı VERDİ19:01, 27 yanvar 2023
İran səfirliyi Azərbaycanın diplomatik korpusuna terroru pislədi 18:43, 27 yanvar 2023
Gömrük Komitəsində əməliyyat: Rüşvət alan vəzifəlilərlə bağlı MƏHKƏMƏ QƏRARI23:22, 26 yanvar 2023
GÜLAĞA TƏNHA: DƏLİ EŞQİM16:28, 26 yanvar 2023
Rusiyaya işləyən ukraynalı polkovnik-leytenant həbs edildi 16:15, 26 yanvar 2023
Mirzoyan Borrellə Laçın yolunu müzakirə etdi 22:21, 25 yanvar 2023
Ronaldo üçün eksklüziv saat hazırlandı 22:18, 25 yanvar 2023
Mikroavtobusla yük maşını toqquşdu 22:12, 25 yanvar 2023
Norveç "Leopard 2" tankı tədarük EDƏCƏK22:11, 25 yanvar 2023
Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar görüş-qəbulu +FOTO21:44, 25 yanvar 2023
Ukrayna ordusu 30 dəqiqəyə rusların üç helikopterini məhv edib 15:55, 24 yanvar 2023
Alimpaşa Məmmədovun əhalinin siyahıya alınmasına görə mənimsədiyi MƏBLƏĞ15:26, 24 yanvar 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə