Masallıda müəllim-yazar Urşan Həzər oğlu Tağıyevin anadan olmasının 80 illik yubileyi və müəllifi olduğu “Kolatan və kolatanlılar” kitabının təqdimatı keçirilib. Tədbir Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev yubilyarın ömür yolundan bəhs edib. Yubilyarın şagirdi, millət vəkili, professor Anar İsgəndərov, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Şeyfəddin Əliyev, kitabın sponsoru, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri Səfail Eyvazov, yubiliyarın müəllifi olduğu “Kolatan və kolatanlılar” kitabının elmi rəyçisi, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov, Böyük Kolatan kənd tam orta məktəbinin sabiq direktoru Ağamirzə Müslümov, din xadimi Hacı Nadir Dadaşov və başqaları Urşan Tağıyevə xoş arzularını bildirib, həmçinin respublikanın və Masallının ictimai-siyasi həyatındakı fəaliyyətindən, vətənə, dövlətə sədaqətindən danışıb, ona Fəxri fərman və qiymətli hədiyyələr təqdim ediblər. Yubilyar tədbirin təşkilinə görə rayon rəhbərliyinə, eləcə də zəhməti olan hər kəsə minnətdarlıq bildirib. Akif AĞAYEV
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun tanınmış ziyalısı, təcrübəli təşkilatçı Urşan Tağıyevi Ulu Öndərin idealarına həmişə sədaqətli olduğunu və gənc nəslin milli ruhda tərbiyə olunmasında, eyni zamanda şagirdlərində vətənpərvərlik tərbiyəsinin təbliği istiqamətində müstəsna xidmətlərinin olduğunu qeyd edib.
Bütün hüquqlar qorunur © 2023