Ay görüb hüsnünü göylərdən enər, Ayın əvəzinə bulaqlar dinər… Baxma ulduzlara, ulduzlar sönər, Sənin gözlərinin nurundan, gülüm. Bulaqsan, çağlayıb belə axma sən, Sevən ürəyimi oda yaxma sən. Gəl yalnız mənə bax, yada baxma sən, Sevgilər göyərər qorundan, gülüm. Gülağa, dərdini çözələ burda, Salıbsan meylini qəzələ burda, Döndərmə ömrümü xəzələ burda, Qurtar bu həsrətin torundan, gülüm. May, 2003
Bütün hüquqlar qorunur © 2023