Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) krallığda hündürlüyü dünyanın ən hündür binasından - Dubayın 828 metrlik Burj Xəlifəsindən iki dəfə çox olacaq yeni göydələn tikmək niyyətindədir. Bu barədə bazar günü " Middle East business intelligence" jurnalı məlumat yayıb. Məlumata əsasən, PIF ümumi sahəsi 18 kvadrat kilometr, hündürlüyü isə 2 kilometr olacaq binanı Ər-Riyadın şimalında tikməyi planlaşdırır. Podratçılar layihənin dəyərini təqribən 5 milyard dollar qiymətləndirirlər. Nəşrin mənbələrinə görə, hazırda 1 milyon dollar məbləğində iştirak haqqı ilə tender keçirilir. Müsabiqədə iştirak edən podratçılar arasında ABŞ-ın Skidmore, Owings & Merrill, Adrian Smith & Gordon Gill Architecture, Kohn Pedersen Fox və Gensler; Fransanın Egis şirkətinin bir hissəsi olan 10Design; və Dubayda yerləşən Killa Design şirkətləri var.
Bütün hüquqlar qorunur © 2023