Təqvim
Noyabrdan istilik sistemləri işə salınacaq - “Azəristiliktəchizat” qışa hazırdırmı?
25 oktyabr 2018 - 16:13

“Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq istilik təchizatı obyektlərinin mövcud qazanxana, istilik şəbəkələri, magistral və məhəllədaxili istilik kəmərləri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların 2018-2019-cu illər payız-qış mövsümünə hazırlanması həyata keçirlib.

"" xəbər verir ki, bu barədə "Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

R.Əliyev istilik mövsümünün başlayacağı vaxtı da açıqlayıb:

“İstilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında 1 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılması nəzərdə tutulur. 
Builki mövsüm ərzində Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, o cümlədən 180 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi planlaşdırılır.

Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib”.

Qurum rəsmisi deyib ki, tədbirlər planına əsasən 550 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb:

“564 odluq təmir olunub, 700 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, qazanların 27425 m ekran boruları və konvektiv hissələri dəyişdirilib, 1100 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənib, qazanlarda 1210 m2 izolyasiya örtüyü təmir olunub. İstilik şəbəkələrində 20710 ədəd siyirtmə və ventil təftiş edilib, onlardan 9750 ədədi əsası və cari təmir olunub, 705 ədədi isə yenisi ilə əvəzlənib. Magistral və məhəllədaxili İstilik xətlərində 14870 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 12500 m2 dam örtüyü təmir edilmişdir. Bundan başqa 595 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənmiş və Na-kationit süzgəclərində 31 ton kationit materialları dəyişdirilib.”.

R.Əliyevin sözlərinə görə, istilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2018-2019-cu illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb:

“Belə ki, 974 km istilik xətləri yuyulmuş və hidravlik təzyiqə yoxlanılıb, 30.5 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub, 675 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılıb.

Bundan başqa 1880 ədəd qoruyucu klapan və 2280 ədəd əks klapan, 465 ədəd ehtiyat su çəni təftiş və təmir olunub, 3080 ədəd çirktutan təmizlənib və 1154 ədəd qaz təsərrüfatı təftiş olunaraq 104 km qaz xətti yoxlanılıb.

Hazırda payız –qış mövsümünə hazırliqla əlaqədar tədbirlər davam etdirilir.

Eyni zamanda bildiririk ki, payız qış mövsümünün yaxınlaşması ilə əlaqadar istehlakçılar tərəfindən də yaşayıyış binaları, mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməli, binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəslərində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərin qarşısının alınması üçün müəyyən işlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar yenisi ilə əvəz olunmalıdır”.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© modern
Kateqoriya:
BANK
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə