Ukrayna hökuməti Belarusla hava əlaqəsi haqqında sazişin ləğv edilməsi barədə qərar qəbul edib. Bu barədə Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib. “Ukrayna hökuməti ilə Belarus hökuməti arasında 17.07.1995-ci ildə Minskdə bağlanmış hava əlaqəsi haqqında sazişə xitam verilib”, - Melniçuk qeyd edib.
Bütün hüquqlar qorunur © 2023